Dolidze “Bizim Gürcüstan-Azad demokratlar” partiyasının liderlərindən biridir…
Dolidze “Bizim Gürcüstan-Azad demokratlar” partiyasının liderlərindən biridir.
Gürcüstanın NATO-dakı səfiri istefa verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə səfir Levan Dolidze bu gün baş nazir İrakli Qaribaşviliyə məlumat göndərib.
Xəbəri L. Dolidze “Mayestro” televiziyasına təsdiqləyib. Qeyd edək ki, Gürcüstanın NATO-dakı səfiri Levan Dolidze Gürcüstan parlamentinin Avropa və avrointeqrasiya komitəsinin sədri Viktor Dolidzenin qardaşıdır. V. Dolidze İrakli Alasaniyanın lider olduğu “Bizim Gürcüstan-Azad demokratlar” partiyasının liderlərindən biridir.
Xatırladaq ki, bu gün partiya “Gürcü Arzusu” koalisiyasından ayrıldığını bəyan edib. Partiyanın lideri, Gürcüstanın Müdafiə Naziri İrakli Alasaniya isə baş nazir İrakli Qaribaşvili tərəfindən istefaya göndərilib. Müdafiə nazirindən sonra daha iki nazir və üç nazir müavini istefa verib.