Müdafiə Nazirliyi faktı təsdiqlədi…
Müdafiə Nazirliyi faktı təsdiqlədi.
Azərbaycan Ordusunun hərbçisi dünyasını dəyişib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında qeydə alınıb.
Hospitalda müalicə alan, Müdafiə Nazirliyinin hərbi orkestr xidmətinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, 1965-ci il təvəllüdlü Etibar Abdulkərim oğlu Əliyev xəstəlikdən dünyasını dəyişib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.