“Azərbaycan bu ərazidə yaşayan Azərbaycan sakinlərinin külli miqdarda ərizə və şikayətlərini beynəlxalq təşkilatlara göndərib ” Sərsəng su anbarının 1976-cı ildə inşa edildiyini bildirən Elxan Süleymanov mövcud vəziyyət davam edəcəyi təqdirdə bunun böyük fəsadlar törədə biləcəyini deyib: “Bu vəziyyət Azərbaycanın daha 6 rayonunu böyük əzablı və təhlükəli həyat yaşamağa vadar edir. Təkcə suların çirklənməsini yox, ümumiyyətlə, 6 bölgənin susuz qalmasını, torpaqların susuzluqdan cadar-cadar olmasını dünyaya çatdırırıq. Sərsəng su anbarı ermənilər tərəfindən təmir edilməyib. Əgər fəlakət baş verərsə, dərhal bu rayonlar 1 saat ərzində yerlə yeksan olar “.
Tədbirin sonunda “Sərsəng harayı” adlı müsabiqənin qalibləri olan rəssam və jurnalistlər mükafatlandırılıblar. Onlara diplom və serfikatlar təqdim edilib.
Milli.Az