Həmsədrlər Minsk Qrupu ölkələrini Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi barədə məlumatlandırıblar

ATƏT-in Minsk Qrupunun həmsədrləri Vyanada Minsk Qrupu ölkələrinin səfirlərini Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin gedişi barədə məlumatlandırıblar. APA-nın xəbərinə görə, bu barədə həmsədrlərin bu gün yaydığı birgə bəyanatda bildirilir. Xatırladaq ki, həmsədrlər İqor Popov, İan Kelli, Jak For və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik 18-22 mart və 1-6 aprel tarixlərində regiona səfər ediblər…

/APA/