“Hazırda İsrailin neft istehlakının 40 faizi Azərbaycan vasitəsilə təmin olunur”…
“Hazırda İsrailin neft istehlakının 40 faizi Azərbaycan vasitəsilə təmin olunur”.
Yair Auronun məqaləsi əssasız ittihamlar və absurd paralellərdən ibarətdir.
Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, bu sözlər “Haaretz.com” saytında müəllifi İsrail tarixçisi Yair Auron olan “İsrail Azərbaycana silah satmamalıdır” adlı məqaləyə cavab olaraq yazılan “Ermənistan yox, Azərbaycan İsrailin əsl müttəfiqidir” adlı yazıda qeyd olunub.
Yazıda bildirilir ki, Y.Auronun məqaləsində İsrailin milli maraqları nəzərə alınmayıb: “İsrail və müstəqil Azərbaycan arasında əlaqələr qurulduğu dövrdən bu günə qədər davamlı şəkildə inkişaf edir. Hazırda İsrailin neft istehlakının 40 faizi Azərbaycan vasitəsilə təmin olunur və həmçinin bu ölkə İsrailin sənaye məhsullarının alıcısıdır. Ancaq siz nəzərə alın ki, Ermənistan hökuməti İran mollaları il sıx əlaqələr yaradıb. Azərbaycan və İsrail münasibətləri inkişaf etdiyi halda, Ermənistanın daxili və diaspora nəşrlərində yəhudilər pislənilir, tənqid olunur. Bu ölkədə təhlükəli milltəçilik günü-gündən inkişaf edir və o, rasizmin sərhəddindədir. Faktiki olaraq bu gün Ermənistan mono-etnik ölkəyə çevrilib. 1970 və 1980-ci illərdə ASALA terrorçu təşkilatının üzvləri Livanda, Bekaa vadisində 1972-ci ildə Münxen Olimpiya Oyunları zamanı İsrail nümayəndə heyətinə hücum təşkil edən “Black September” (“Qara Sentyabr”) qrupu ilə birlikdə təlim keçib”.
Yazıda deyilir ki, Azərbaycanda yəhudilər və xristianlar, o cümlədən Azərbaycan erməniləri müsəlman çoxluğu ilə eyni hüquqlara malikdir: “Hazırkı münaqişə 1988-ci ildən – azərbaycanlıların Ermənistandan və Qarabağ muxtar regionundan deportasiyası ilə başladı. 1992-ci ildə isə yeni yaranmış müstəqil Ermənistan Rusiyanın və millətçi erməni diasporalarının güclü dəstəyi ilə Azərbaycana hücum edərək bu ölkənin 20 faiz torpağını – Dağlıq Qarabağ və 7 rayonu işğal etdi. Buradakı bütün azərbaycanlılar öz torpaqlarından qovuldu və öldürüldü. Xocalı şəhərində 600-dən çox azərbaycanlı erməni silahlı qüvvələri tərəfindən sistemli şəkildə məhv edildi. Bu cür şəraitdə Azərbaycanda müharibə ilə bağlı ifadələrin işlənməsi təəccüblü deyil. Lakin Azərbaycan hökuməti hər zaman açıq şəkildə ifadə edib ki, qanunsuz şəkildə Ermənistan tərəfindən işğal olunan ərazilərinin qaytarılmasında sülh yoluna üstünlük verir”.