Helsinkidə Azərbaycanın Dövlət Müstəqilliyinin bərpa olunmasının 28-ci ildönümü münasibətilə tədbir keçirilib.
Finlandiya Azərbaycanlıları Assosiasiyasının dəstəyi və Finlandiya Azərbaycan Gənclər Birliyinin təşkilatatçılığı ilə baş tutan tədbirdə bu ölkənin rəsmi şəxsləri, diplomatlar, ictimai təşkilatların nümayəndələri və diaspor üzvləri iştirak ediblər.
Mərasim ölkəmizin Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Avropa Azərbaycanlıları Konqresinin baş katibi Arzu Oqtay, Finlandiyanın Əmək və Sosial Nazirliyinin məşğulluq idarəsinin əməkdaşı Puroaho Petri, Azərbaycan Yeni Nəsil Hüquqşunaslar ictimayi birliyinin nümayəndəsi Nadir Məmmədov və digərləri çıxış edərək, demokratik, hüquqi və dünyəvi dövlətin qurulması ilə nəticələnən bu tarixi nailiyyət münasibətilə xalqımızı təbrik ediblər.
Tədbir zamanı Azərbaycan tarixini, mədəniyyətini, ölkəmizin iqtisadiyyatını və turizm imkanlarını əks etdirən videoçarx təqdim edilib, kitablar və suvenirlər sərgilənib.
Diasporla İş üzrə Dölət Komitəsi