Hesablama Palatasının səlahiyyətləri genişləndirilib

Prezident İlham Əliyev “Hesablama Palatasıhaqqında” qanuna dəyişikliyi təsdiqləyib.

İndiyədək qanunun qüvvədə olan mətni yalnız cinayət əlamətləri olan hüquqpozmalarla bağlı materialların aidiyyati üzrə göndərilməsini nəzərdə tutursa, dəyişiklik edilən variant həm də inzibati xəta əlamətləri olan hüquqpozmaları da əhatə edirdi.

Belə ki, indiyədək Hesablama Palatası dövlət əmlakının idarə edilməsinə, onun barəsində sərəncam verilməsinə, dövlət büdcəsinin icra olunmasına, dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına, hüquqi şəxslərə və bələdiyyələrə dövlət büdcəsindən vəsaitlər ayrıldıqda həmin vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarətin həyata keçirilməsi zamanı yalnız cinayət əlamətləri olan hüquqpozmalar aşkar etdikdə təxirə salınmadan müvafiq materialları Baş Prokurorluğa göndərirdisə, dəyişikliklə inzibati xəta əlamətləri olan hüquqpozmalar da aşkar etdikdə təxirə salınmadan müvafiq materialları müvafiq icra hakimiyyəti orqanlarına və ya Baş Prokurorluğa göndərəcək.

Report