Hikmət Hacıyev: “Ermənistan tərəfinin müəyyən iddiaları danışıqlar prosesinə xələl yetirir”

“Ermənistan tərəfinin müəyyən iddialar irəli sürməsi danışıqlar prosesinin ümümu ruhuna xələl yetirir”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ATƏT-in Minsk qrupunun həmsədirlərinin regiona son səfərini şərh edərkən deyib.

“Hesab edirik ki, hazırkı şəraitdə Minsk qrupunun həmsədr ölkələri və beynəlxalq ictimaiyyət daha aktiv səylər göstərərək Ermənistanın danışıqlar prosesində konstruktiv rol oynamasını təmin etməlidirlər”, – H.Hacıyev qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan bir daha həmsədrlərə öz mövqeyini bildirib: “Azərbaycanın mövqeyi konstruktiv xarakter daşıyır, ölkəmiz danışıqlar prosesini dəstəkləyir və bu konstruktiv mövqe beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir”.