İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma “seçkiləri” tanımır.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat təşkilatın yaydığı bəyanatda öz əksini tapıb.
Bəyanatda bildirilir ki, İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi martın 31-də Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ bölgəsində seçkilərin keçirilməsini BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müvafiq qətnamələrinə zidd hesab edir.
Bu məsələdə İƏT-in Baş Katibliyi İslam Əməkdaşlıq Təşkilatının və ATƏT-in münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında sülh yolu ilə həllini dəstəkləyən qətnamə və qərarlarına istinad edir.
AZƏRTAC