İlham Əliyev İtaliya ilə bağlı fərmanlar imzaladı

Bir neçə Anlaşma Memorandumu təsdiq edilib…

Bir neçə Anlaşma Memorandumu təsdiq edilib.

Prezident İlham Əliyev İtaliya ilə bir neçə sahə üzrə Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında fərmanlar verib. 

Oxu.Az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, həmin fərmanlar aşağıdakılardır:

– Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyi ilə İtaliyanın İqtisadi İnkişaf Nazirliyi arasında iqtisadi əməkdaşlıq haqqında ;

– Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İtaliya Respublikasının Mədəni İrs və Fəaliyyət, Turizm Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında 2014-cü il iyulun 14-də Roma şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq etsin;

– Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə İtaliya Respublikasının Nazirlər Şurası Sədrliyinin Regional Məsələlər, Muxtariyyətlər və İdman Departamenti – İdman Ofisi arasında idman əməkdaşlığına dair 2014-cü il iyulun 14-də Roma şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq etsin. 

www.oxu.az