İlham Əliyev Ollandla təkbətək görüşdü

Söhbət zamanı fikir mübadiləsi də aparılıb…

Söhbət zamanı fikir mübadiləsi də aparılıb.

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyevinfransalı həmkarı Fransua Ollandla təkbətək görüşü olub.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib.

Söhbət zamanı F.Ollandın ölkəmizə rəsmi səfərinin ikitərəfli münasibətlərin genişləndirilməsi baxımından önəmi vurğulanıb, habelə əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.

Görüşdə ikitərəfli, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi də aparılıb.

www.oxu.az