İlham Əliyev bir qrup gənci prezident mükafatı ilə təltif edib

Azərbaycan prezidenti İlham Əliyev Gənclər üçün Prezident Mükafatına namizədlərin seçilməsi üzrə Ekspert Komissiyasının təklifinə əsasən bir sıra şəxsin təltif edilməsi ilə bağlı sərəncam imzalayıb…

 

Azərbaycan prezidenti İlham Əliyev Gənclər üçün Prezident Mükafatına namizədlərin seçilməsi üzrə Ekspert Komissiyasının təklifinə əsasən bir sıra şəxsin təltif edilməsi ilə bağlı sərəncam imzalayıb.

 

APA-nın məlumatına görə, sərəncama əsasən, elm, təhsil, mədəniyyət, ədəbiyyat və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən Timur Vaqif oğlu Əsgərova, Flora Vidadi qızı Hacıyevaya, İlyas İsmiyar oğlu İsmayıllıya, Şahin Əmir oğlu İsmayılova, Pərvin Ələmdar qızı Nurəliyevaya və Rafiq Tofiq oğlu Səfərova 2014-cü il Gənclər üçün Prezident mükafatları verilməsi qərara alınıb.

/Apa/