İlham Əliyev Gəncəyə 10 milyon manat ayırıb

Müvafiq sərəncamlar imzalanıb…

Müvafiq sərəncamlar imzalanıb.

Azərbaycan prezidenti İlham Əliyev Gəncə şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, Gəncə şəhərinin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədi ilə Gəncə Şəhər İcra Hakimiyyətinə Prezidentin ehtiyat fondundan 5 milyon manat ayrılıb. 

Dövlət başçısının digər sərəncamı ilə Gəncə şəhərini Məhsəti, Sadıllı, Natəvan, Şıxzamanlı, Cavad xan qəsəbələri ilə birləşdirən avtomobil yollarının tikintisi üçün dövlət büdcəsindən Gəncə Şəhər İcra Hakimiyyətinə 5 milyon manat ayrılıb. 

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

www.oxu.a