Görüşdə fikir mübadiləsi aparıldı…
Görüşdə fikir mübadiləsi aparıldı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Litva Respublikasının xarici işlər naziri Linas Linkeviçiusun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Oxu.Az AzərTAc-a istinadən bildirir ki, Görüşdə Azərbaycan-Litva münasibətlərinin hazırkı səviyyəsindən məmnunluq ifadə olundu, ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, ticarət, təhsil və digər sahələrdə əməkdaşlıq imkanlarını genişləndirmək ətrafında fikir mübadiləsi aparıldı.
/oxu.az/