İlham Əliyevdən sərt tələb: Dilqəm Əsgərov və Şahbaz Quliyev qaytarılsınlar

Nazir prezidentin xüsusi göstərişindən danışdı…

Nazir prezidentin xüsusi göstərişindən danışdı.

Azərbaycan prezidenti İlham Əliyev ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşdə onlardan tələb edib ki, Ermənistan tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin tez bir zamanda azad olunması üçün bu ölkə qarşısında məsələ qaldırsınlar.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziriElmar Məmmədyarov deyib.

Nazir bildirib ki, prezident həmsədrlərlə görüşündə girovların məsələsinə toxunub və onlardan bu istiqamətdə ciddi addımlar atmağı tələb edib:

“Hazırda bu məsələ ilə Qırmızı Xaç Komitəsi məşğul olur. Biz onlarla əlaqə saxlayırıq və yaxın günlərdə müsbət nəticəyə ümid edirik”.

www.oxu.az