İngiltərənin baş naziri: İŞİD-çilər şeytandır

“Suriyaya və İraqa getmək istəyənləri hər vəhclə durdurmağa çalışağıq”…

“Suriyaya və İraqa getmək istəyənləri hər vəhclə durdurmağa çalışağıq”.

İngiltərə baş naziri David Kameron İŞİD terror qruplaşmasına qoşulan vətəndaşlarına səslənib.

Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, Kameron İŞİD-ə qarşı mübarizədə sərt tədbirlər görüləcəyini bildirib: 

“İraqda və Suriyada İŞİD üçün döyüşənlər Birləşmiş Krallığın düşmənləridir. Bu insanlar şeytandır. Bunlar uşaqları öldürür, qadınlara təcavüz edir, onlara inanmayanları soyqırımla təhdid edir, jurnalistlərin və könüllülərin başlarını kəsir. İŞİD-lə mübarizə edilməzsə, küçələrə terror gətirəcəklər. Birləşmiş Krallığın təhlükəsizliyi üçün hər şeyi edəcəyik.

Suriyaya və İraqa getmək istəyənləri hər vəhclə durdurmağa çalışağıq. Pasaportlarınıza əl qoyacağıq, məhkum edəcəyik və hazırda həmin bölgədəsinizsə, o zaman İngiltərəyə geri dönüşünüzə mane olacağıq”.

Qeyd edək ki, Birləşmiş Krallıqdan təxminən 500 nəfərin İŞİd-ə qoşulduğu bildirilir. İngiltərə dünəndən başlayaraq anti-İŞİD koalisiyası çərçivəsində Suriya və İraqda terror qruplaşmasının mövqelərinə zərbələr endirməyə başlayıb.

www.oxu.az