Yaxın günlərdə İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun iclası keçiriləcək.
Bu barədə “Report”a Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü Novella Cəfəroğlu məlumat verib.
O bildirib ki, görüşdə işçi qrupun həmsədrlərinin də iştirakı planlaşdırılır.
N.Cəfəroğlu qeyd edib ki, hüquq müdafiəçiləri məhbusların azadlığa buraxılması üçün bir neçə dövlət qurumuna müraciət edib.
Report