İrəvanı bürüyən tələb: Sərkisyan istefa!

Sakinlər yeddi ilə yaxın müddətdə ev problemlərinin həll olunmamasından narazıdırlar…

Sakinlər yeddi ilə yaxın müddətdə ev problemlərinin həll olunmamasından narazıdırlar.

Son günlər minlərlə Ermənistan vətəndaşı Serj Sərkisyanın istefası tələbi ilə İrəvanın mərkəzi küçələrinə, prezident sarayının yanına və  dövlət başçısının istirahət iqamətgahının önünə axışmaqdadır.
 
Oxu.Az 
Axar.az-a istinadən xəbər verir ki, səhər saatlarından İrəvanın Kond məhəlləsinin sakinləri Sərkisyanın istirahət iqamətgahının önünə toplaşıblar. 

Prezidentin gəlişini gözləyən aksiya iştirakçıları ondan problemlərinin yerindəcə həllini tələb edəcəklərini bildiriblər.
 
Sakinlər yeddi ilə yaxın müddətdə ev problemlərinin həll olunmamasından narazıdırlar.
 
Xatırladaq ki, Sərkisyanın istefası tələbi ilə dünən İrəvanın mərkəzi küçələrində daha bir aksiya keçirilib. Prezidentliyə keçmiş namizəd Paruyr Ayrikyanın rəhbərliyi altında şəhərin Azadlıq meydanında keçirilən etiraz aksiyasında Serj Sərkisyanın istefası tələb olunub. Onlar, “İstefa, istefa!” və “Azad və müstəqil Ermənistan uğrunda!” şüarları səsləndiriblər.

 

/oxu.az/