İran Ermənistana dəstəyə görə təşəkkür edir

“Ölkədə yaşayan ermənilər daha hörmətli azlıqlardır”…

“Ölkədə yaşayan ermənilər daha hörmətli azlıqlardır”.

Beynəlxalq aləmdə bizə verdiyi dəstəyə görə Ermənistana öz təşəkkürümüzü bildiririk. 

Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, bunu “Mehr” agentliyinin bildirdiyinə görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Ermənistandan olan həmkarı Edvard Nalbandyanla bu gün birgə təşkil etdiyi mətbuat konfransında deyib. 

O bildirib ki, İranla Ermənistan arasında əlaqələr artan templə inkişaf edir. İran XİN başçısı onu da əlavə edib  ki, ölkəsində yaşayan ermənilər daha hörmətli azlıqlardır. İran bölgədəki münaqişələrin sülh yolu ilə həllinin tərəfdarı olduğunu da bəyan edib.

“Biz Ukrayna, Suriya böhranlarının sülh yolu ilə həllinin tərəfdarıyıq”, – deyə M.C.Zərif bildirib.  

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan İranda səfərdədir. O, İran prezidenti Həsən Ruhani ilə də görüşəcək. 

www.oxu.az