İranın Ermənistandakı səfiri: “Dağlıq Qarabağ problemi sülh yolu ilə və beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır”

“Dağlıq Qarabağ problemi sülh yolu ilə və beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır”…

 

“Dağlıq Qarabağ problemi sülh yolu ilə və beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır”. APA-nın məlumatına görə, bu fikirləri İrəvanda keçirdiyi mətbuat konfransında İranın Ermənistandakı səfiri Məhəmməd Rəisi deyib. “Bu məsələ beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır. Əgər beynəlxalq hüquq prinsiplərinə riayət etsək, onda bütün problemləri həll etmək olar. Gərginlik yaratmağa yönəlmiş istənilən cəhd yol verilməzdir. Heç bir problem güc tətbiqi ilə həll oluna bilməz”.

Səfir İranın həm Ermənistan, həm Azərbaycanla yaxşı münasibətlərə malik olduğunu, bütün qonşularla bu cür münasibətlər saxlamağa cəhd etdiyini deyib: “Bizim üçün bütün qonşular birdir, lakin bəzi qonşu dövlətlərlə, məsələn Ermənistanla münasibətlərimiz strateji xarakter daşıyır və bizim bu prinsipial mövqeyimizi heç nə dəyişdirə bilməz”.

 

/APA/