Məzarlığın birində azı 150 insanın qalıqları var…
Məzarlığın birində azı 150 insanın qalıqları var.
İslam Dövləti yaraqlıları İraqda onlara müqavimət göstərən Albu Nimr tayfasının azı 220 üzvünü edam ediblər.
Oxu.Az-ın Azadlıq Radiosuna istinadən məlumatına görə, Bağdadın qərbində sünni Albu Nimr tayfasının ərazisində iki kütləvi məzarlıq tapılıb.
Burada yaşı 18-dən 55-ə qədər olan kişi əsirlərin meyitləri basdırılıb. Onların hamısı Albu Nimr tayfasındandır.
Məzarlığın birində azı 70, digərində azı 150 insanın qalıqları var.