İŞİD dəhşətləri: 150 uşaq acından öldü

İŞİD terror təşkilatının hücumlarına görə İraq və Suriyadan 500 min insan öz evindən didərgin düşüb, 150 uşaq acından ölüb…

İŞİD terror təşkilatının hücumlarına görə İraq və Suriyadan 500 min insan öz evindən didərgin düşüb, 150 uşaq acından ölüb.

 

Publika.az xəbər verir ki, bu barədə Güneydoğu Anadolu Bələdiyyələr Birliyinin bölgədəki hadisələrlə bağlı hazırladığı hesabatında bildirilir.

 

Hesabatda deyilir ki, 15 sentyabrdan bu yana kürdlər, süryanilər, şiələr və kaldanilər olmaqla 500 min adam İŞİD hücumlarına görə, yaşadıqları ərazini tərk etməyə məcbur olub. Terrorçulardan qaçaraq Şengal dağlarına sığınan 150 yezidi uşaq acından ölüb, yüzlərlə qadın zorlanıb, onlarla qadın isə ələ keçməmək üçün intihar edib.

 

/Publika.az/