İŞİD-in növbəti hədəfi Rusiyadır

“Ata, narahat olma, mən evə gələcəyəm və ruslara göstərəcəyəm”…

“Ata, narahat olma, mən evə gələcəyəm və ruslara göstərəcəyəm”.
İŞİD terrorçu qruplaşmasının liderlərindən biri Ömər əl-Şişani (ləqəbi “Ömər-çeçen” ) növbəti hədəflərinin Rusiya olacağını bəyan edib.
Oxu.Az-ın ANS PRESS-ə istinadən xəbərinə görə, bu haqda əl-Şişani atası Temur Batiraşvili ilə telefon danışığında deyib.
“Ata, narahat olma, mən evə gələcəyəm və ruslara göstərəcəyəm. Mənimlə artıq minlərlə insan gələcək və onlar daha çox olacaq” , – İŞİD lideri deyir.
Ekspertlərin məlumatına görə, İŞİD qruplaşmasının sıralarında minlərlə rusdilli terrorçu cəmləşib. Onlardan əksəriyyəti Ömər əl-Şişani kimi Gürcüstanın şimalında yerləşən Pankisi dərəsindən olan çeçenlərdir.
www.oxu.az