İŞİD-in tərəfində 80 ölkədən 15 min adam döyüşür

Əl-Qaidə qruplaşmasının fəallığının azalması radikal əhval-ruhiyyənin artmasına gətirib çıxarıb…

Əl-Qaidə qruplaşmasının fəallığının azalması radikal əhval-ruhiyyənin artmasına gətirib çıxarıb.

Dünyanın 80 ölkəsindən 15 minə yaxın adam Suriya və İraqa “İslam Dövləti” və digər radikal terror qruplarının sıralarına daxil olmaq üçün gedir, Guardian nəşri BMT-nin TŞ-na istinadən xəbər verir.    

Oxu.Az RİA-Novosti-yə istinadən xəbər verir ki, verilən məlumata görə, ekstremistlərin sıralarına daxil olanların arasında əvvəllər heç bir zaman Əl-Qahidə terror qrupu ilə əlaqədar problemlərlə qarşılaşmayan ölkələrin nümayəndələri var. Bu ölkələrin sırasına Çili, Norveç və Maldiv respublikasını aid etmək olar. “Fransa, Rusiya Federasiyası və Maldiv Respublikasından olan yaraqlıların bərabər əməliyyatları haqqında məlumat var”, – sənəddə qeyd edilib.

Əl-Qahidə qruplaşmasının fəallığının azalması radikal əhval-ruhiyyənin artmasına və İD kimi daha güclü terror qrupunun yaranmasına gətirib çıxarıb. Hesabatın müəlliflərinin fikrincə digər ölkələrdə terror aktlarının təşkili bu qruplaşmalar üçün prioritet məsələ deyil. Amma İraq və Suriyada döyüşlərdə iştirak edən bu yaraqlıların öz ölkələrinə qayıtdıqdan sonra rekord sayda ölkə onlardan zərər çəkə bilər.   

Neftin satışından əldə edilən gəlirin sayəsində – son məlumata görə bu gəlir gündə bir milyon dollardan ibarətdir – İD yaraqlıları 5-6 milyon nəfərin yaşadığı İraq və Suriya ərazisinin bir hissəsinə nəzarət edirlər. Bundan başqa, BMT-nin TŞ-nın məlumatına görə yaraqlılara, əsirlikdə olan adamları azad etmək üçün 45 milyon dollar verilib.

“İslam Dövləti” terror təşkilatı Suriya və İraqın bu ilin iyulunda işğal edilmiş ərazisində “xilafət”in yaradılmasını elan edib. Qruplaşma xüsusi amansızlığı ilə seçildiyi Suriya hökumət ordusuna qarşı döyüşlərində qüvvə topladı. Bu döyüşlər nəticəsində bir neçə min dinc əhali zərər çəkdi, yüz minlərlə adam qaçqın və bir neçə min insan isə girov düşdü.   


www.oxu.az