İŞİD Kərkükə hücuma keçdi -azərbaycanlılar təhlükədə

İŞİD terror təşkilatı İraqın Kərkük mahalına hücuma keçib…

İŞİD terror təşkilatı İraqın Kərkük mahalına hücuma keçib.

 

Publika.az-ın məlumatına görə, terrorçular mahalın cənubundakı bir neçə kəndə eyni vaxtada hücum ediblər. Amma peşmergə və təhlükəsizlik qüvvələri hücumun qarşısını alıb. Bölgəyə əlavə qüvvə gətirilib.

 

Peşmergənin 4 cəbhədən etdiyi əks hücum nəticəsində bir neçə kəndin geri alındığı və 25 silahlının öldürüldüyü bildirilir. Əməliyyatlara koalisiya qüvvələri  də havadan dəstək verib.

 

Qeyd edək ki, Kərkükdə Azərbaycan əsilli turkmanlar yaşayır.

 

/Publika/