Kürd özünümüdafiə qüvvələrinin çoxlu sayda silah-sursata ehtiyacları var…
Kürd özünümüdafiə qüvvələrinin çoxlu sayda silah-sursata ehtiyacları var.
“İŞİD” qüvvələri Suriyanın Kobani şəhərinin qərb hissəsini ələ keçirməyə çalışırlar.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə şəhərin yüksək vəzifəli məmuru Xalid Berkəl bildirib.
Onun sözlərinə görə, “İŞİD”-çilər Türkiyə sərhədi üzərində nəzarəti ələ ala bilməyiblər.
Berkəl qeyd edib ki, terrorçular bir neçə istiqamətdə hücuma keçərək şəhəri tam mühasirəyə almağa çalışıblar, lakin onlar hələlik yalnız şərq istiqamətdə müəyyən irəliləyişə nail ola biliblər.
Kürd özünümüdafiə qüvvələri çoxlu sayda silah-sursata ehtiyaclarının olduğunu bildiriblər.