“Bu acınacaqlı bir uğurudur”…
“Bu acınacaqlı bir uğurudur”.
Almaniyanın ən azı 60 vətəndaşı Suriya və İraqda “İslam Dövləti” (İD) terror qruplaşmasının tərəfində vuruşaraq həlak olub.
Oxu.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın konstitusiya müdafiəsi federal xidmətinin rəhbəri Hans-Georg Maasen bildirib.
“Federal xidmətinin məlumatına görə, əslən Almaniyadan olan İD-nin 60 terrorçusu hazırda həlak olublar. Bu islamçı təbliğatın acınacaqlı bir uğurudur”, – Maasen Welt am Sonntag nəşrinə müsahibəsində bildirib.
Maasenin sözlərinə görə, təxminən 550 alman Suriyaya və İraqa gediblər, onların çoxu İD-nin sıralarına qoşulublar. Onlardan 180-dən çoxu vətənə qayıdıb.
Xəbər verildiyi kimi, Almaniya polisi genişmiqyaslı əməliyyat zamanı terror birləşmələri, o cümlədən “İslam dövləti” (İD) ilə əlaqədə şübhəli bilinən doqquz nəfər saxlayıb.