İŞİD və “Əl Qaidə” əlbir oldular

Terrorçular öz ittifaqlarını yaratdılar…

Terrorçular öz ittifaqlarını yaratdılar.

İŞİD və “Əl Qaidə” terror qruplaşmalarının liderləri arasında əməkdaşlığa dair razılaşma əldə olunub.

Oxu.Az xəbər verir ki, APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, İŞİD və “Əl Qaidə” liderləri arasında görüşün ötən həftə Suriyanın şimalındakı Atareb şəhərində baş tutduğu ehtimal olunur. 

Məlumata görə, 4 saat davam edən müzakirələrdə qeyd olunan qruplaşmaların 7-dək yüksək vəzifəli nümayəndələrinin iştirak etdiyi bildirilir.   
 
“Terror qruplaşmalarının liderləri aralarındakı ədavətə son qoymağı, ümumi düşmənlərə qarşı mübarizədə əməkdaşlıq etməyi qərara alıblar”, deyə mənbə bildirib.

Məlumatda qeyd olunur ki, Suriyanın İŞİD və “Əl Qaidə” terror qruplaşmaları Suriyanın şimal rayonlarına birgə hücumlar etməyi planlaşdırıb.  

www.oxu.az