İsraildə “Azərbaycan tolerantlıq ölkəsidir” fotosərgisi açılıb

Təqdimatın bədii hissəsində İsrailin Yazıçılar Birliyinin üzvləri olan bakılı-şairlər öz şeirlərini oxuyublar…

Təqdimatın bədii hissəsində İsrailin Yazıçılar Birliyinin üzvləri olan bakılı-şairlər öz şeirlərini oxuyublar.

Azərbaycanın müstəqillik günü, 18 oktyabr tarixində Rişon le-Sion şəhərinin Mədəniyyət sarayında qeyri-adi tədbir “Şabatarbut” keçirilib. Tədbirdə “Azərbaycan – tolerantlıq ölkəsidir” fotosərgisinin təqdimatı edilib.

Oxu.Az İzrus-a istinadən xəbər verir ki, sərgi Heyədr Əliyev Fondu və Azərbaycan Respublikası Milli tolerantlıq Mərkəzinin dəstəyi ilə 2014-cü ildə “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyası (“Azİz”) keçirdiyi böyük layihə çərçivəsində keçirilir

Bu aksiyanın Rişon le-Sionda keçirilməsi şəhər bələdiyyəsi və Azərbaycan yazıçılar birliyinin israildə rusdilli şöbəsinin sayəsində mümkün oldu. “Şabatarbut” tədbirində aparıcı, əslən Bakıdan olan, politoloq Azərbaycan yazıçılar birliyinin israildə rusdilli şöbəsininsədri Roman Qureviç olub.

Qureviç uzun illərdir ki,  Yerusəlimdə (Qüdsdə) yaşayır və bu üzdən çıxışa israil paytaxtındakı vəziyyətdənvə yerusəlim tramvayından başladı. Yerusəlimlilər arasında populyar olan bu nəqliyyat növündən indi istifadə etmək mümkün deyil, çünki tramvay ərəb kvartallarının yanından keçəndə onu daş-qalaq edirlər. Axı niyə qonşular arasında problemlər bu yolla həll edilməlidir? Həmdə zorakılıq hansısa problmei həll edirmi? Müxtəlif etnik qruplar dostluq və xoş qonşu münasibətləri əsasında yaşaya bilərlərmi? Bilərlər – və ərazisində iki və ya üç millət deyil, əlliyə yaxın millətin yaşadığı Azərbaycan qonşuluq və tolerantlığın böyük nümunəsidir, bunu Qureviç çıxışında qeyd edib.

Sonra Roman Qureviç sözü, Azərbaycanın yəhudi icmasının tarixi və çağdaş dövrünə aid maraqlı mühazirə ilə çıxış edən,  “Azİz” nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salmana verib. Ondan sonra “Azİz” ağsaqqallar Şurasının sədri professor Mixail Aqarunov çox maraqlı çıxş edib. İxtisasca kimyaçı olsa da ömrünün son 25 ilini Azərbaycandan olan dağ yəhudilərnin dil və ənənlərini tədqiqinə həsr edib.

Təqdimatın bədii hissəsində İsrailin Yazıçılar Birliyinin üzvləri olan bakılı-şairlər: Mixail Salman və şaul Siman-Tov, eləcə də Azərbaycanın Quba rayonunun Qırmızı qəsəbəsindən olan İsrail və Azərbaycan yazıçılar Birliyinin üzvü olan Şabtay Aqarunov öz şeirlərini oxuyublar. Daha sonra Leonid Barştakın rəhbərliyi ilə simli alətlər kvartetinin ifasında azərbaycan bəstəkarlarının musiqiləri, eləcə də klassik versiyada azərbaycan xalq musiqisi səslənib.

“Bakılı – milləti adlanan bir millət var. Və, insanların sülh, xeyirxahlıq və mehriban qonşuluq şəraitində  yaşadıqları – Azərbaycan adlı gözəl torpaq var. Bu mümkündür, əsas istəyin olmasıdır. Bax, elə Bakı və bu haqda bu bayram günündə Rişon le-Sion sakinlərinə danışmaq istəyirdik”, – deyə Roman Qureviç vurğulayıb. 

www.oxu.az