Jalə Əliyeva: “Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində böyük işlər görülür”

“Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində istər dövlət, istərsə də qeyri-hökümət təşkilatları səviyyəsində böyük işlər görülür”…

“Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində istər dövlət, istərsə də qeyri-hökümət təşkilatları səviyyəsində böyük işlər görülür”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Jalə Əliyeva deyib.

 

Millət vəkili qeyd edib ki, Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın «Xocalıya ədalət » kompaniyası çərçivəsində həyata keçirdiyi işlər yüksək qiymətləndirilməlidir: “Leyla Əliyevanın göstərdiyi səy nəticəsində bir çox dövlətlər Azərbaycan həqiqətlərini tanıdı. Getdikcə bu kampaniya ətrafında daha çox insan birləşərək öz səslərini dünyaya çatdırır. Milliyətindən, irqindən asılı olmayaraq yüzlərlə insan Xocalıda insanların başına gətirilən müsübətləri, faciəni dünyaya tanıdılmasında iştirak edir”.

 

“Xocalı soyqırımına hüquqi qiymətin verilməsinə qədər bu istiqmətdə məqsədyönlü fəaliyyətimizi artırmalıyıq” — deyən millət vəkili onu da vurğulayıb ki, bütün dünya ölkələri birmənalı olaraq bu soyqırıma Xirosima adı verməlidir: “Sadəcə, ancaq hökümətdən bunu gözləmək düzgün deyil. Azərbaycan həqiqətlərini beynəlxalq aləmə çatdırmaq hər bir Azərbaycan vətəndaşının borcudur. İldə bir gün 26 fevralda bu faciəni xatırlamalı deyil, hər zaman getdiyimiz bütün yerlərdə onu təbliğ etməliyik. Bu ədalətsizliyi daha da geniş müstəvidə tanıtmalıyıq. Dünya ictimai rəyini dövlətimizə tərəf daha güclü bir şəkildə çəkməyi bacarmalıyıq. Çünki qarşımızda düşmən və bizi istəməyən havadarları var. Onlara qarşı dövlət səviyyəsində aparılan təbliğatda hər birimiz birləşməliyik”.

 

 

/sia/