Jirinovski prezidentin ölümündə elə mərhumun özünü günahlandırdı

“Sən gecə yarısı niyə uçursan?”…

“Sən gecə yarısı niyə uçursan?”

Dünən təyyarə qəzasında həlak olan Fransanın “Total” neft şirkətinin prezidenti Kristof dö Marjerinin ölümü ilə bağlı Rusiyanın Liberal Demokratik Partiyasının lideri Vladimir Jirinovski açıqlama verib.

Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, Jirinovski təyyarə qəzasında qartəmizləyən maşının sürücüsünün qəzanın baş verməsində günahının olmadığını deyib.

Jirinovski günahın pilotda olduğunu bildirib:

“Pilot günahkardır, həmçinin aeroport heyəti. Hava dumanlı idi, uçuşa icazə vermək olmazdı. Günahkar mərhumdur… Sən gecə yarısı niyə uçursan?”

Belə qəzaların əsas səbəblərindən birinin insan xəsisliyi olduğunu bildirən Jirinovski pilotun qazanca görə pis hava şəraitində uçduğunu vurğulayıb.

Xatırladaq ki, dünyanın ən iri neft konsernlərindən olan “Total”ın prezidenti Kristof dö Marjeri Moskvanın “Vnukovo” hava limanında şəxsi təyyarəsi ilə qəzaya uğrayaraq həlak olub. Baş vermiş faciə ilə əlaqədar həm Rusiyada, həm də Fransada istintaq işi açılıb. (Axar.az)

www.oxu.az