Kənar təsirlər olmazsa, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycanın istəyindən kənara çıxa bilməzlər

Kənar təsirlər olmazsa, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycanın istəyindən kənara çıxa bilməzlər. Trend-in məlumatına görə, bunu jurnalistlərə Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib. Onun sözlərinə görə, ermənilərin yeganə çıxış yolu dialoqdan keçir və bunu beynəlxalq təşkilatlar da anlayır…

Kənar təsirlər olmazsa, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycanın istəyindən kənara çıxa bilməzlər. Trend-in məlumatına görə, bunu jurnalistlərə Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib. Onun sözlərinə görə, ermənilərin yeganə çıxış yolu dialoqdan keçir və bunu beynəlxalq təşkilatlar da anlayır.

Səfərov azərbaycanlıların doğma torpaqlarına qayıdacaqlarına əminliyini vurğulayıb.

“Separatçılar, terrorçular və digər cinayətkarlarla mübarizə aparmaq Azərbaycanın daxili işidir. Buna Azərbaycanın bütün meyarlar üzrə imkanı var “, – o deyib.

/Trend/