Kanada parlamentində Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul edilməsi müzakirə olunacaq

Kanadalı parlamentinin İcmalar Palatasının sədrinin müavini, Kanada-Azərbaycan parlamentləarası dostluq qrupunun sədri Barri Devoli bu gün Bakıda Xocalı soyqırımı ilə bağlı Kanada parlamentində qətnamə qəbul edilməsi məsələsini müzakirə edəcək. Trend xərər verir ki, bunu Barri Devoli Bakıda jurnaslitlərə açıqlamasında bildirib…

Kanadalı parlamentinin İcmalar Palatasının sədrinin müavini, Kanada-Azərbaycan parlamentləarası dostluq qrupunun sədri Barri Devoli bu gün Bakıda Xocalı soyqırımı ilə bağlı Kanada parlamentində qətnamə qəbul edilməsi məsələsini müzakirə edəcək. Trend xərər verir ki, bunu Barri Devoli Bakıda jurnaslitlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, indiyədək Kanada parlamentində belə bir təklif müzakirə edilməyib.

“Bu gün azərbaycanlı həmkarlarımızla görüşlərimiz zamanı müzakirə edilən məsələrlərdən biri Kanada parlamentində Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul edilməsi məsələsi olacaq “, Devoli qeyd edib

Qeyd edək ki, bu gün Kanada Parlamenti İcmalar Palatası spikerinin müavini, Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Barri Devolinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.

Səfər Azərbaycanın Kanadadakı səfirliyi, Yeni Azərbaycan Partiyası və Milli Məclisin birgə təşkilatçılığı ilə həyata keçirilir. Nümayəndə heyətinə B. Devolindən başqa İcmalar Palatasının üzvü Vladislav Lizon, senatorlar Yona Martin və Salma Atullahcan daxildirlər.

Səfər çərçivəsində nümayəndə heyəti Milli Məclisin sədri Oqtay Əsədov ilə görüş və siyasi partiyalarla “dəyirmi masaÜ keçirəcəklər. Nümayəndə heyəti Milli Məclisin aprelin 5-də keçiriləcək iclasında da iştirak edəcək. Səfər aprelin 7-də başa çatacaq.

/Trend/