Komitə sədri: Qaçqınların 95%-i Qarabağa qayıdacaqlar

“Problem olmayacaq”…

“Problem olmayacaq”.

Adətən beynəlxalq təşkilatlar bizimlə görüşdə tez-tez sual verirlər ki, məcburi köçkünlərin geri qayıdışında çətinlik olmayacaqmı? Beynəlxalq təşkilatların nümayəndələrinə deyirik ki, əhalinin ən azı 95 faizi işğaldan azad edilmiş doğma torpaqlarına qayıdacaq.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Ümummilli lider Heydər Əliyevin doğum gününün 91-ci ildönümü münasibətilə çəkilmiş, Füzuli rayonunun Horadiz şəhərinin və 22 kəndinin işğaldan azad olunmasından bəhs edən “Böyük qələbəyə inamla” sənədli filminin təqdimatında Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

Ə.Həsənov Füzuli rayonunun işğaldan azad edilmiş kəndlərinə və Horadiz şəhərinə qayıdışın buna nümunə olduğunu vurğulayıb: 

“Beynəlxalq təşkilatların da diqqətinə bunu çatdırırıq. Hətta Cəbrayıl rayonunun yeganə işğaldan azad edilən Cocuq Mərcanlı kəndinə də əhali qayıdır. Bu da əslində böyük qayıdışdır. Ona görə də əminik ki, torpaqlarımız azad edildikdən sonra əhalinin o torpaqlara qayıtması sahəsində problem olmayacaq”.

www.oxu.az