İraqın şimalında, Suriya ilə sərhəd boyunca dərin və uzun çuxur qazılır…
İraqın şimalında, Suriya ilə sərhəd boyunca dərin və uzun çuxur qazılır.
Yerli kürd muxtariyyətinin rəhbərliyinin qərarı ilə qazılan bu çuxur Suriyadan İraqa vəhhabi yaraqlıların keçməsinin qarşısını almaq üçündür.
Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, çuxurun eni 3 metr, dərinliyi 2 metr, uzunu isə 17 kilometrdir.
İraq kürdlərinin dediklərinə görə, Suriyadakı vəhhabilər onları düşmən sayırlar və bu səbəbdən də həmin terrorçulara qarşı effektiv mübarizə aparılmalıdır.
Sərhəddəki çuxurun uzunluğunun daha da artıralacağı bildirilir.
Milli.Az