Lavrov Bakıdan Ermənistana gedəcək

Rusiya XİN başçısı İrəvanda prezident Serj Sarkisyan və həmkarı Edvard Nalbandyanla görüşəcək…

Rusiya XİN başçısı İrəvanda prezident Serj Sarkisyan və həmkarı Edvard Nalbandyanla görüşəcək.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 22-23-də rəsmi səfərlə Ermənistanda olacaq. 

Oxu.Az Musavat.com-a istinadən xəbər verir ki, Rusiya XİN başçısı İrəvanda prezident Serj Sarkisyan və həmkarı Edvard Nalbandyanla görüşəcək. 

Görüşlər zamanı Rusiya prezidentinin ötən ilin dekabrında Ermənistana səfəri çərçivəsində əldə edilmiş razılaşmaların reallaşma prosesi, iki ölkə arasında müttəfiqlik, hərbi əməkdaşlığın dərinləşməsi və iqtisadi-ticari məsələlərin, həmçinin, Ermənistanın Avrasiya İttifaqına üzvlüyü prosesinin müzakirəsi gözlənilir. Tərəflər Qarabağ problematikasına da diqqət ayıracaqlar.  

Xatırladaq ki, Lavrov İrəvandan öncə, iyunun 18-19-da rəsmi səfərdə Bakıda olacaq.  

www.oxu.az