Lukaşenko Putinin ittifaqına “hə” dedi

Belarus parlamentinin Respublika Şurası qanun layihəsini təsdiqlədi…

Belarus parlamentinin Respublika Şurası qanun layihəsini təsdiqlədi.

Belarus prezidenti Aleksandr Lukaşenko Avrasiya İqtisadi İttifaqı (Aİİ) haqqında müqavilənin təsdiqlənməsi haqqında qanunu imzalayıb, prezident administrasiyasının rəhbəri Aleksandr Kobyakov məlumat yayıb.

Bildirilir ki, Aİİ-nin yaradılması haqqında müqavilənin təsdiqlənməsi haqqında qanun layihəsini Belarus Milli yığıncağının Nümayəndələr palatası (parlamentin aşağı palatası) təsdiqləyib, Oxu.Az “İnterfaks”a istinadən xəbər verir.

Daha sonra qanun layihəsi Belarus Milli yığıncağının Respublika Şurası (parlamentin yuxarı palatası) tərəfindən təqdir olunub.

Belarus qanunvericiliyinə görə, qanun layihəsi parlamentin hər iki palatasında təsdiqlənməsindən və dövlət başçısının imzalamasından sonra qüvvəyə minmiş hesab olunur.

Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqının yaradılmasının əsas təşəbbüskarlarından biri Rusiya prezidenti Vladimir Putindir və yaradılacaq qurum çox vaxt “yeni SSRİ” yaxud “Putinin ittifaqı” adlandırılır.  

www.oxu.az