Çəkiliş qrupu Metallist qəsəbəsində atəşə tutulub…
Çəkiliş qrupu Metallist qəsəbəsində atəşə tutulub.
BMT Təhlükəsizlik Şurası iyun ayının 17-də “Rossiya 1” telekanalının jurnalistlərinin Luqansk yaxınlığında minaatanlardan açılan atəş nəticəsində həlak olan jurnalistlərin ölüm səbəblərinin araşdırılmasına dair bəyanatı qəbul edib.
Oxu.Az xəbər verir ki, bu barədə iyunun 18-də RİA Novosti Təhlükəsizlik Şurasının sədrinə, Rusiyanın daimi nümayəndəsi Vitali Çurkina istinadən bildirib.
BMT-nin Təhlükəsizlik Şurasının bəyanatından göründüyü kimi Ukraynadakı böhranı işıqlandırmağa çalışan jurnalistlərin dəfələrlə saxlanılması və hücuma məruz qalmaları ilə əlaqədar narahatçılıq doğurur. TŞ üzvləri həlak olanların ailə üzvlərinə başsağlığı veriblər, sadəcə ÜDTRŞ-nin (Ümumrusiya Dövlət Teleradio Şirkəti) əməkdaşları deyil, onlar Slovyansk yaxınlığında may ayının 25-də minaatanların yaylım atəşi nəticəsində həlak olan italyan jurnalisti Endi Rokkelinin və rus tərcüməçisinin də ailəsinə başsağlığı verib.
İyun ayının 17-də ÜDTRŞ-nin çəkiliş qrupu minaatanlardan açılan yaylım atəşi zamanı Metallist qəsəbəsində həlak olublar. Hadisəyə şahid olanların sözlərinə görə, mərmi çəkiliş qrupunun yanında partlayıb. Müxbir İqor Kornelyuk xəstəxanada ölüb. Səs rejissoru Anton Voloşin isə itkin düşmüş hesab edilirdi, sonradan onun da həlak olduğu müəyyən edilib.
Rusiya Federasiyası baş naziri Dmitri Medvedev müxbirin ölümündə Ukrayna rəhbərliyini günahlandırıb. İstintaq komitəsi jurnalistlərin atəşə tutulma faktı üzrə cinayət işi açıb.
Ukrayna prezidenti Petr Poroşenko BMT-nin xahişi ilə Kornelyukun ölüm səbəblərinin ətraflı təhlil edilməsi barədə sərəncam verib. Bununla yanaşı o müxbirin ailəsinə başsağlığı verib.