Məşhur vəhhabi terrorçu öldürüldü

 “Cundul-Məlahim” briqadasının lideri Cisir Şugur qəssabı ləqəbli Əbdussəlim Feyzo qətl edildi…

“Cundul-Məlahim” briqadasının lideri Cisir Şugur qəssabı ləqəbli Əbdussəlim Feyzo qətl edildi.

 
Milli.Az islam.az-a istinadən bildirir ki, dünən Laziqiyyə ətrafında gedən döyüşlərdə “Cundul-Məlahim ” briqadasının rəhbəri Feyzo ilə birlikdə onlarla terrorçu ordu tərəfindən məhv edilib.
 
Feyzo 6 iyun 2011 tarixində Cisir-Şuğur qəsəbəsində 120 əsgər və polisi amansızca qətl etməklə Suriya üsyanının qanlı muharibəyə çevrilməsinə səbəb oldu. Bu hadisədən sonra Cisir-Şuğur qəssabı ləqəbini aldı. Daha sonra isə Türkiyəyə gələrək Güveççi kəndində hərbi təlim düşərgəsi yaradıb Suriya ordusuna qarşı terrorçu yetişdirməyə başladı və İdlib ətrafındakı qarşıdurmalara rəhbərlik etdi.
 
2012-ci il 26 sentyabrda isə Türkiyə sərhəddində yerləşən Hirbət əl-Coz kəndində 40 əsgərin qətlə yetirilməsini planlaşdırdı.
 
Milli.Az