Martda ölkəyə gələn xarici vətəndaşlar bank kartları ilə 98 milyon manatlıq əməliyyatlar aparıb

Martda ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatları 98 milyon manat təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın aprel sayında deyilir.

“İxrac İcmalı”na görə, bu ilin yanvar-mart aylarında Azərbaycana 157 ölkədən 610,8 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Üç ayda Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların dəyəri 271,6 milyon manat olub.

AZƏRTAC