“MasterCard” beynəlxalq ödəniş sistemi öz rəsmi saytında Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisini Ermənistanın tərkib hissəsi kimi göstərib…
“MasterCard” beynəlxalq ödəniş sistemi öz rəsmi saytında Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisini Ermənistanın tərkib hissəsi kimi göstərib.
“APA-Economics” xəbər verir ki, “MasterCard”ın saytında “Ermənistan” bölməsində “ATM Locator” (ATM-lərin yerləşməsi) üzrə axtarış verərkən şəhərlər arasında “Stepanakert” (Xankəndi), “Shushi” (Şuşa) və s. rast gəlmək olar.
Qeyd olunan ərazilərdə “MasterCard”ın xidmətlərindən istifadə etmək mümkündür.
/Apa/