Müdafiə Nazirliyi: Bu il ərzində atəşkəs 1178 dəfə pozulub

Cari ilin 10 ayı ərzində atəşkəs 1178 dəfə pozulub. Trend-in məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu cəbhə xəttində – Tərtərdə keçirdiyi mətbuat konfransında deyib.
Hər iki tərəfdən itkilər olduğunu bildirən Sabiroğlunun sözlərinə görə, Azərbaycan Ordusu 10 ay müddətində 12 itki verib. Lakin ermənilərin özlərinin təsdiq etdiyi məlumatlara görə, atışma nəticəsində onların itkisi 32 nəfərdir. Atəşkəs daha çox Füzuli, Tərtər və Ağdam istiqamətində pozulub.
“Qoşunların təmas xəttində ən gərgin vəziyyət iyun ayında yaşanıb. Ötən ay ərzində qoşunların təmas xəttində 19 monitorinq keçirilib və insidentsiz başa çatıb. Onlar yerlərini dəyişən kimi həmin ərazidə ermənilər atəşkəsi pozurlar. Biz əsgərik və birinci vəzifəmiz müharibə vasitəsilə də olsa torpağımızı işğaldan azad etməkdir. İkinci savaş regionda bütövlükdə böyük alovun yaranmasına səbəb olacaq. Savaş Azərbaycan əsgərinin qələbəsi ilə başa çatacaq “, – o deyib… Trend.az