Rusiya Prezidenti Dmitri Medvedev və Ermənistanın dövlət başçısı Serj Sarkisyan bazar ertəsi ikitərəfli münasibətləri və regional problemləri müzakirə ediblər. Trend-in məlumatına görə, bu barədə RİA Novosti xəbər verir.
“Burada, Soçidə, dağlarda səmimi görüşlər ənənəsi yaranıb. Mən bunda bir sıra xeyirxahlıq rəmzləri görürəm “, – söhbəti açan Rusiyanın dövlət başçısı deyib.
Medvedev ötən ilin əmtəə dövriyyəsi baxımından pis başa çatmadığını, ölkələr arasında işgüzar əlaqələrin inkişaf etdiyini xatırladıb. “Biznes bizim bütün əlaqələrimizin əsas məzmununu təşkil edir “, – Rusiya Prezidenti qeyd edib… Trend.