Metyu Brayza: “ABŞ Minsk Qrupuna daimi həmsədr təyin etməklə nizamlanma prosesində səylərini artırmış olar”

“Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində tərəqqi yoxdur. Amma bu o demək deyil ki, ATƏT-in Minsk qrupunun həmsədrləri səylər göstərmirlər”. APA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında ATƏT-in Minsk Qrupunun sabiq amerikalı həmsədri Metyu Brayza verib…

“Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində tərəqqi yoxdur. Amma bu o demək deyil ki, ATƏT-in Minsk qrupunun həmsədrləri səylər göstərmirlər”. APA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında ATƏT-in Minsk Qrupunun sabiq amerikalı həmsədri Metyu Brayza verib. O bildirib ki, Azərbaycan və Ermənistan prezidentləri bir-birinə etibar etmirlər: “Bu etibarı kimsə yaratmalıdır. Bunu yaradan Barak Obama administrasiyası da ola bilər, dövlət katibi Con Kerri də ola bilər. ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında səylərini artırması ilk növbədə Minsk Qrupuna daimi həmsədr təyin etməsi ola bilər. Bundan sonra Con Kerri münaqişənin nizamlanması prosesində daha önəmli rol oynaya bilər”.

Diplomat seçkilərə qədər münaqişənin nizamlanma prosesində irəliləyiş gözləmədiyini deyib. Azərbaycanda keçiriləcək prezident seçkiləri barədə danışan Metyu Brayza bildirib ki, seçkilərdə Azərbaycan seçicisinin gözləntilərinin özünü doğruldacağına ümid edir: “Ümidvaram ki, ATƏT və digər beynəlxalq qurumlar bu seçkiləri ən demokratik və şəffaf seçkilər elan edəcək”.

/APA/