Milli Məclisin növbəti plenar iclasının gündəliyinə 4 məsələ daxil edilib. Bu barədə Trend-ə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib…
Milli Məclisin növbəti plenar iclasının gündəliyinə 4 məsələ daxil edilib. Bu barədə Trend-ə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib.
Onun sözlərinə görə, parlamentin növbəti plenar iclası fevralın 25-də keçiriləcək. İclasın gündəliyinə 4 məsələ – “Dəniz limanları haqqında “, “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında ” Çərçivə Konvensiyasının “Xəzər dənizinin quruda yerləşən mənbələrdən və quruda həyata keçirilən fəaliyyət nəticəsində çirklənmədən mühafizəsi haqqında ” Protokolunun təsdiq edilməsi barədə “, “Azərbaycan Respublikası Hökuməti və Almaniya Federativ Respublikası arasında Maliyyə Əməkdaşlığı haqqında ” Sazişin (2008-2012-ci illər üzrə) təsdiq edilməsi barədə ” və “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında ” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə ” qanun layihələri daxil edilib.
Milli Məclisdən Trend-ə verilən görə, parlamentin plenar iclasında 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qalmasına dair bəyanatın qəbul ediləcəyi də gözlənilir.
/Trend/