Milli Ordumuz cəbhədə təlimə başladı

60-dan çox texnika, raket, toplar, 4000-dək əsgər…

60-dan çox texnika, raket, toplar, 4000-dək əsgər.

Azərbaycan Silahlı Qüvvələrinin birlik hissə və bölmələri cəbhə bölgəsində aprel ayının 28-dən növbəti təlim məşqləri keçirir.

Bu barədə Oxu.Az Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Təlimlərə 4000-dək şəxsi heyət, 60-dan çox zirehli texnika, raket-artilleriya qoşunlarının 120-dən artıq qurğusu, aviasiya və hava hücumundan müdafiə sistemləri cəlb olunub.

May ayının 1-dən təlimlərin praktiki hissəsi başlayıb.

Təlimlər zamanı zirehli texnikalardan, raket-artilleriya, minaatan qurğulardan və atıcı silahlardan döyüş sursatları ilə praktiki atışlar icra edilib.

Təlimlərdə iştirak edən hərbi hissələrin döyüş hazırlığının səviyyəsi yoxlanılıb, tapşırıqların daha operativ və səmərəli yerinə yetirilməsi, qərargahlar tərəfindən əməliyyatların hazırlanması, qarşılıqlı fəaliyyətin və təminatın təşkili, qarşıya qoyulan tapşırıqların icra olunması səviyyəsinə xüsusi diqqət yetirilib.

 

/Oxu.az/