Düşmənin 5 döyüş mövqeyinin dağıdılmasında xüsusi xidmət göstərib…
Düşmənin 5 döyüş mövqeyinin dağıdılmasında xüsusi xidmət göstərib.
Bu gün Milli Qəhrəman Fərhad Hümbətovun doğum günüdü.
Oxu.Az xəbər verir ki, Fərhad Qənbər oğlu Hümbətov 1968-ci il sentyabrın 10-da Qərbi Azərbaycanın Qarakilsə (Quqark) rayonunun Arçut kəndində anadan olub.
O, 1991-ci ilin oktyabr ayında könüllü olaraq cəbhəyə gedib, Şıx batalyonunun tərkibində Şuşa, Kosalar, Xankəndi və digər istiqamətlərdə rəşadətlə vuruşub. Düşmənin 5 döyüş mövqeyinin dağıdılmasında xüsusi xidmət göstərib.
1992-ci il martın 29-da Kosalar kəndində keçirilən əməliyyat zamanı qəhrəmancasına həlak olub. Ona 1992-ci il iyunun 7-də Milli Qəhrəman adı verilib. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.
Bakının Binəqədi rayonunda adına park salınıb, büstü qoyulub.