Minsk Qrupunun amerikalı həmsədri anasını itirdi

“Bütün qəlbimlə sizə çox sağ olun deyirəm”…

“Bütün qəlbimlə sizə çox sağ olun deyirəm”.

Oktyabr ayının 15-də Azərbaycan respublikasının prezidenti İlham Əliyev ATƏT-in Minsk Qrupunun həmsədri İqor Popovla (Rusiya), Pyer Andryu (Fransa), ATƏT-in sədrinin şəxsi nümayəndəsi Anji Kaspişklə və amerikalı həmsədrin köməkçisi Devid Salvo ilə görüşüb.

Xəbər verildiyi kimi, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik şəxsi səbəblərdən görüşdə iştirak edə bilməyib, bu barədə ABŞ-ın ölkəmizdəki səfirliyində bildiriblər.

İndi onun görüşdə iştirak edə bilməməsinin səbəbi açıqlanıb, amerikalı diplomatın anası vəfat edib.

Oxu.Az xəbər verir ki, bu barədə Ceyms Uorlik özü Tvitter-də yazıb:

“Mən anamın vəfatı ilə əlaqədar başsağlığı və dərdimə şərik olduğunuz üçün təşəkkür edirəm. Bütün qəlbimlə sizə çox sağ olun deyirəm”, – Uorlik yazıb.

www.oxu.az