Məlumatda qeyd olunur ki, görüşdə Qarabağ nizamlanması ilə bağlı müzakirələr aparılıb. Həmsədrlər öz ölkələrinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dəstək verdiklərini vurğulayıb.
Onlar həmçinin ATƏT-in Minsk qrupunun həmsədri olan 3 ölkənin prezidentlərinin 18 iyun 2013 il tarixli bəyanatını xatırlayıb. Həmin bəyanatda tərəflər bölgədə gərginliyi artıra və münaqişəni alovlandıra biləcək istənilən addımlardan çəkinməyə çağırılır.
Öz növbəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri münaqişənin nizamlanması üçün həmsədrlərlə işi davam etdirməkdə qərarlı olduqlarını bildiriblər. /musavat/