Miqrasiya idarəsinin əməkdaşları Göyçayda sakinlərə səyyar xidmət göstərilib

Dövlət Miqrasiya Xidmətinin Ağsu regional miqrasiya idarəsinin əməkdaşları Göyçayda sosial və sağlamlıq imkanları məhdud olan 2 nəfərə yaşadıqları ünvanda səyyar xidmət göstəriblər.

Prezident İlham Əliyevin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul haqqında imzaladığı sərəncamın icrası olaraq, 1 nəfərə vətəndaşlığa qəbulla bağlı arayış, daha 1-inə isə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi təqdim edilib. Sakinlər göstərilən xidmətlərdən məmnunluqlarını bildiriblər.

Ağsu regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan rayonlarda səyyar xidmət tədbirləri davam etdirilir.

Dövlət Miqrasiya Xidməti